AZ

Müller: Virtsə görə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bavariya" komandasının və Almaniya yığmasının keçmiş futbolçusu Tomas Müller Florian Virtsin "Liverpul" klubuna keçidinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Müller CBS telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, İngiltərə təmsilçisi "Bayer"in forvardını 150 milyon avroya transfer edib.

"150 milyon real olmayan pullardır. Lakin onlar üçün bu, klubların razılığa gəldiyi rəqəmdir. 150 milyon avronun nə olduğunu necə başa düşmək olar? Bir tərəfdən həmin vəsaitə hətta Neymarı almaq mümkün deyil. Lakin digər tərəfdən çoxlu ağac əkmək olar" , - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
50
oxu.az

10Mənbələr