AZ

"Liverpul" Dioqo Jotanın "20 nömrə"sini təqaüdə çıxardı

“Liverpul” klubu hücumçu Diogo Jotanın faciəli şəkildə həlak olmasından sonra onun oyun nömrəsinin – 20 nömrəsinin təqaüdə göndərildiyini elan edib.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu “qırmızılar”ın heyətində 20 nömrəli formanı daşıyırdı. Klubun bəyanatında deyilir:

“20 nömrəsi tam haqqı ilə əbədiləşdiriləcək. Bu nömrə Diogo Jotanın 2024/25 mövsümündə ‘Liverpul’a qazandırdığı 20-ci çempionluq titulu ilə bağlıdır. O, bu uğuru ‘Kop’ tribunası qarşısında etdiyi brend fint və zərbə ilə təmin etdi. Həmin qol onun həyatda vurduğu son qol oldu.”

Xatırladaq ki, Jota bu gün İspaniyada baş verən avtomobil qəzasında 28 yaşında həlak olub. Onunla birlikdə avtomobildə olan 26 yaşlı qardaşı Andre də həyatını itirib. Onların olduqları "Lamborghini" markalı avtomobil təkərin partlaması səbəbindən idarəetməni itirib.

saytlarin hazirlanmasi

Seçilən
26
50
sportal.az

10Mənbələr