AZ

Qarabağ ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib

ain.az bildirir, Cbcsport saytına əsaslanaraq.

"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib.

Bu post Maksim Medvedevə tapşırılıb.

Rəhbərlik onun uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
15
icma.az

10Mənbələr