futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Premyer Liqasında yeni mövsümdə 12 komanda mübarizə aparacaq. Klublar artıq “futbol ili”nin hazırlıqlarına start verib.
Avrokuboklarda mübarizə aparacaq “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan” və “Sabah” artıq iki həftəyə yaxındır, toplanışdadır. Digər klubların əksəriyyəti isə ayın 1-dən hazırlıqlara başlayıb.
Yalnız üç komanda ilə bağlı qeyri-müəyyənlik hökm sürür. Premyer Liqanın debütantları “Karvan”, “İmişli” və baş məşqçi postu boş qalan “Sumqayıt”da toplanışların başlaması bir yana, hələ hazırlıq planı bəlli deyil. Hər üç kollektivdə bu ana qədər daha çox futbolçu gedişi açıqlanıb, nəinki yeni transfer. Yalnız “İmişli” baş məşqçi təyinatını və bir oyunçu keçidini reallaşdırıb. Klubların yubanması gələn mövsümdə onlar üçün çətinliyə səbəb olacaq.
“Neftçi”, “Turan Tovuz”, “Kəpəz” artıq çalışmalara start verib. “Şamaxı”da isə plan bəllidir, lakin hazırlıq başlamayıb.
Yeni mövsümün startına təxminən bir ay qalıb. Ləng davranan klublar mövsümün əvvəlində xal itkiləri qaçılmaz olacaq. Bəlkə də, indidən artıq məşqçilər və ya klub rəhbərliyi üçün bəhanəyə zəmin yaranıb – gec toplandıq, gec yığışdıq. Xüsusilə debütantların ləngliyi onlara daha çox çətinlik yaradacaq.
Şahin Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.