AZ

Ulduz futbolçu qəzada öldü - 5 gün öncə toyu olmuşdu

“Liverpul”un ulduz futbolçusu Dioqo Jota avtomobil qəzasında həyatını itirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

28 yaşlı portuqal oyunçu İspaniyanın Zamora bölgəsində qəzaya uğrayıb. O, hadisə yerində vəfat edib. 

D.Jota avtomobildə tək olmayıb. Onun qardaşı Andre Jota da avtomobildə olub. 

Yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq alovlanıb. 

Mətbuatın yazdığına görə, Jotanın qardaşı da qəzada həlak olub. 

Qeyd edək ki, Dioqo Jota 5 gün əvvəl evlənmişdi. Onun 3 övladı var. (Qafqazinfo)

 

Seçilən
24
21
hurriyyet.az

10Mənbələr