AZ

“Liverpul”un ulduzu Diogu Jota faciəvi şəkildə həyatını itirdi

“Liverpul”un

Marca nəşrinin məlumatına görə, Diogu Jozé Teyşeyra da Silva, futbol dünyasında Diogu Jota adı ilə tanınan hücumçu, 3 iyul səhəri İspaniyanın Samora əyalətində baş verən yol-nəqliyyat hadisəsində həlak olub. Qəza A-52 avtomagistralının 65-ci kilometrliyində, Palasios-de-Sanabriya bələdiyyəsi yaxınlığında baş verib.Mənbənin məlumatına görə, avtomobildə Jota ilə birlikdə onun qardaşı Andre Silva da olub. Bir neçə gün öncə Diogu Jota uzun illərdir (2012-dən bəri) münasibətdə olduğu Rute Kardozu ilə rəsmi nikaha daxil olmuşdu. Cütlüyün üç uşağı var idi.Diogu Jota 2020-ci ildən “Liverpul” klubunda çıxış edirdi. Ondan əvvəl “Vulverhempton” və “Portu” klublarının formasını geyinmişdi. Portuqaliya millisində 49 oyun keçirərək 14 qol vurmuşdu.Geridə qalan mövsümdə Jota “Liverpul”un heyətində 37 oyuna çıxmış, 9 qol vurmuş və 4 məhsuldar ötürmə etmişdi. Komandası ilə birlikdə İngiltərə Premyer Liqasının çempionu olmuşdu.

Diqqət Çəkənlər

Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət

“Şəkərsiz” və ya “təbii” yazılarına kor-koranə inanma

Sensasiya! “Minval Politika” Rusiya Müdafiə Nazirliyinin AZAL reysinin məhv edilməsi ilə bağlı əmrinin anını dərc edir

Seçilən
16
41
ulusum.az

10Mənbələr