AZ

Jotanın ailəsinə 8 milyon funt ödəniləcək

BAKI. 5 iyul. TELEQRAF

İngiltərənin "Liverpul" klubu avtomobil qəzasında dünyasını dəyişmiş futbolçu Dioqu Jotanın müqavilə üzrə qalan pulunu ailəsinə ödəyəcək.

Teleqraf "Record" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin əzizləri 8 milyon funt sterlinq alacaqlar.

Jotanın "Liverpul"la əmək müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, iyulun 3-də İspaniyanın qərbindəki Samora əyalətində baş vermiş yol-nəqliyyat qəzasında Dioqu Jota və Portuqaliyanın "Penafiel" komandasında çıxış edən qardaşı Andre Silva həlak olub. Hər iki futbolçu avtomobildə yanıb.

Hadisədən bir neçə gün əvvəl Jota evlənmişdi.

Seçilən
15
34
teleqraf.com

10Mənbələr