AZ

Liverpul Jotadan qalan pulu ailəsinə ödəyəcək

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

İngiltərənin “Liverpul” klubu yol qəzasında dünyasını dəyişən hücumçu Dioqu Jotanın 2027-ci ilə qədər alacağı məbləği ailəsinə ödəyəcək.

Yenavaz.com xəbər verir ki, bu barədə “Rekord” nəşri məlumat yayıb.

İyulun 3-də Jota İspaniyanın şimal-qərbində yol qəzasında həlak olub. Qəzada Jotanın qardaşı Andre Silva da dünyasını dəyişib.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2020-ci ilin sentyabrında “Vulverhempton”dan “Liverpul”a keçib. Bu müddət ərzində 182 matçda iştirak edib, 65 qol vurub və 26 məhsuldar ötürmə edib. Klubun tərkibində Jota İngiltərə çempionluğunu, İngiltərə Kubokunu və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Portuqaliya millisi ilə birlikdə hücumçu iki dəfə Millətlər Liqasının qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
15
yeniavaz.com

10Mənbələr