Cəlilabadda fərdi yaşayış evi yanıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonunun Ocaqlı kəndində yanğın hadisəsi baş verib. Məlumata görə, kənd sakini Məhərrəm Əhmədova məxsus fərdi yaşayış evi qəfildən alovlanıb.
Hadisə yerinə Cəlilabad və Göytəpə şəhərlərindən yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.