Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
Cəlilabadda yanğın hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi Cəlilabad rayonunun Ocaqlı kəndində baş verib.
Belə ki, kənd sakini Məhərrəm Əhmədova məxsus fərdi yaşayış evi qəfildən alovlanıb.
Hadisə yerinə Cəlilabad və Göytəpə şəhərlərindən yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın lokallaşdırılıb.
Buna baxmayaraq evin bir hissəsi yanaraq yararsız hala düşüb.
Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.