Cəlilabadda yanğın hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə rayonunun Ocaqlı kəndində baş verib.
Kənd sakini Məhərrəm Əhmədova məxsus fərdi yaşayış evi qəfildən alovlanıb.
Hadisə yerinə Cəlilabad və Göytəpə şəhərlərindən yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın lokallaşdırılıb.
Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.