AZ

Fənərbağça Asensio üçün ilk rəsmi təklifini göndərdi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Fənərbağça" PSJ-nin ulduzu Marko Asensio üçün 15 milyon avro təklif edib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, klub rəsmiləri futbolçu ilə görüntülü danışaraq "Fənərbağça"ya qatılmasını istədiklərini bildiriblər.

PSJ klubu da futbolçu ilə yolları ayırmaq istədiyindən hər iki tərəf "Fənərbağça"nın təklifi ilə razılaşıb.

Qeyd edək ki, "Fənərbağça" rəsmiləri Marko Asensionun transferinin həftəsonuna kimi başa çatmasını planlaşdırırlar.

10:40

PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Marko Asensio karyerasını Türkiyədə davam etdirə bilər.

Oxu.Az xəbər verir ki, informasiyanı jurnalist Yağız Sabuncuoğlu yayıb.

Mənbənin məlumatına görə, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Marko Asensio ilə görüşüb və onun Türkiyə klubuna mümkün transferini müzakirə ediblər.

Asensionun Fransanın PSJ klubu ilə müqaviləsi qüvvədədir, lakin o, ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. 29 yaşlı ispaniyalı qışdan bu yana bütün yarışlarda 21 matçda meydana çıxıb, 8 qol vurub və bir məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
5
oxu.az

10Mənbələr