Azərbaycan polisinin yaranmasının 107-ci il dönümü münasibəti ilə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, Rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov, hüquq-mühafizə orqanlarının digər rəhbərləri, Polis şöbəsinin şəxsi heyəti, şəhid ailələri, qazilər və müharibə veteranları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önümə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
"Unikal" xəbər verir ki, sonra Göygöl şəhər Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
2 iyul - Azərbaycan Polisi Gününə həsr olunmuş Göygöl Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən RİH başçısı Elvin Paşayev Azərbaycan polisinin keçdiyi şərəfli yoldan, ölkədə sabitliyin və təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərdən danışaraq, hüquq-mühafizə orqanlarının vətənə sədaqət və peşəkarlıqla xidmət etdiklərini vurğulayıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesində polis orqanlarına göstərilən diqqət və dəstək xüsusi qeyd olunub. Tədbir çərçivəsində bir qrup polis əməkdaşı xidmətdə fərqləndiklərinə görə fəxri fərmanla təltif ediliblər. Sonra “Araz” restoranında təşkil olunmuş bədii hissədə rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsertə Vətənə, qəhrəman polislərə və dövlətə həsr olunmuş musiqi nömrələri təqdim olunub.