İsrail ordusunun Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 118 nəfər həyatını itirib, 581 nəfər isə yaralanıb. Beləliklə, müharibənin başladığı gündən bəri Qəzzədə ümumi can itkisi 57 min 130 nəfərə yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda həyata keçirilən sözde humanitar yardım paylanması zamanı İsrail hücumları nəticəsində daha 12 nəfər həyatını itirib, 49 nəfər yaralanıb. Bu hücumlarla birlikdə "yardım paylanması" fəaliyyətləri zamanı ölənlərin ümumi sayı 652-yə, yaralıların sayı isə 4 min 537-yə çatıb.
Qəzzədəki vəziyyət humanitar fəlakət həddinə çatarkən, beynəlxalq ictimaiyyətin reaksiyası və yardımların effektivliyi sual altındadır. Hücumlar davam etdikcə, bölgədəki sivil əhalinin həyatı daha da təhlükə altına girir.
Məryəm Quliyeva