AZ

Azərbaycanı Asiya Kubokunda dörd cüdoçu təmsil edəcək

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycanın dörd cüdoçusu Qazaxıstanın Almatı şəhərində keçiriləcək yeniyetmələr arasında Asiya Kubokunda çıxış edəcək.

Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, qızların yarışında Fatimə Abdullayeva (44 kiloqram) və Könül Eyvazlı (52 kiloqram), oğlanların mübarizəsində isə Nicat Şıxızadə (60 kiloqram) və İlkin Qarayev (66 kiloqram) güclərini yoxlayacaqlar.

Qeyd edək ki, iyulun 3-4-də təşkil olunacaq turnirdə 10 ölkədən 459 idmançı mübarizə aparacaq.

Seçilən
33
36
azertag.az

10Mənbələr