AZ

Azərbaycanın elektrik enerjisi ixracından qazancı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-may aylarında Azərbaycan 37.4 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 12.8 milyon dollar və ya 25.5% azdır. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin ilk 5 ayında ayında elektrik enerjisi ixracının ümumi dəyəri 50.2 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin may ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (39,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq (27.2 milyon ABŞ dolları) ikinci, qızıl (25,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
10
3
banco.az

10Mənbələr