“Brügge”nin yarımmüdafiəçisi Ardon Yaşari karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı isveçrəli ilə “Milan” maraqlanır. İtaliya klubu futbolçu üçün 35 milyon avro təklif edib.
Ötən mövsüm Yaşari 52 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 32 milyon avro qiymətləndirir.