ain.az bildirir, Ayna portalına istinadən.
Hadisənin Esparto və Medison şəhərləri ərazisində baş verdiyi bildirilir
ABŞ-ın Kaliforniya ştatının Yolo qraflığında anbarda güclü partlayış baş verib və nəticədə yanğın olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə qraflığın şerif idarəsi öz “Facebook” səhifəsində məlumat paylaşıb.
Hadisənin Esparto və Medison şəhərləri ərazisində baş verdiyi bildirilir.
"Yanğınsöndürənlərin və xilasedicilərin öz işlərini təhlükəsiz yerinə yetirmələri üçün hər kəsi ərazidən uzaq olmağa çağırırıq. Hadisə yerinin ətrafında bir mil (1,6 km) radiusunda təxliyə zonası yaradılıb", - məlumatda vurğulanıb.
Hadisənin səbəbləri məlum deyil.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.