AZ

Ukrayna ordusu hücumda: Ərazilər işğaldan azad edildi

BAKI, 30 iyun. TELEQRAF

Ukraynanın Sumı vilayətində vəziyyət sabitləşib, Rusiya işğalçılarının irəliləməsi dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Yunakovka - Yablunivka - Novomıkolaivka - Alekseevka - Kindrativka - Rusiya sərhədi – Kursk (Qluşovski) xətti boyunca düşmənin irəliləməsi dayandırılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələri Sloboyansk istiqamətində müdafiə əməliyyatını davam etdirir və Sumı vilayətinin sərhəd bölgəsində hücum cəhdlərindən əl çəkməyən Rusiyanın canlı qüvvəsini effektiv şəkildə məhv edir.

Bildirilir ki, Ukrayna qoşunları müdafiəni möhkəm tutur və düşmənin darmadağın edilməsi üçün əks-hücumun hazırlanması və həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirir:

“Ukrayna əsgərlərinin uğurlu həmlələri nəticəsində Andriyevka qəsəbəsi azad edilib. Bundan əlavə, bölmələrimiz Oleksiyivka ərazisində irəliləyərək düşməni Sumıdan (mərkəzdən) daha da uzaqlaşdırıb”.

Baş Qərargah əlavə edib ki, Rusiya Sumı vilayətinin ərazisində 50 minlik qüvvə yerləşdirib.

Seçilən
29
50
teleqraf.com

10Mənbələr