AZ

Filipe Luis: “Bayern” güclü və qələbəyə layiq idi”

“Flamenqo”nun baş məşqçisi Filipe Luis 2025-ci il FIFA Klub Dünya Kubokunun “Bayern”lə 1/8 final oyununu (2:4) şərh edib.

Arena.az ESPN şəbəkəsinə istinadən, 39 yaşlı braziliyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Onların göstərdiyi təzyiq nəhəngi idi. Onlar səkkiz, doqquz oyunçu ilə basıb-keçirlər. Onlar qələbəyə layiq idilər. Bizim planımız həqiqətən işə yaradı, biz təzyiq göstərə və qol vurmaq üçün məqamlar yarada bilərdik, amma onlar bizdən güclü idilər. Əgər Vinisius Junior “Real”a getməsə idi, bizim, dünyada ən yaxşı oyunçumuz olardı.

Cənubiamerikan oyunçular yüksək səviyyəli futbol cəmiyyətinin bir hissəsi olmaq istəyirlər və bu, belədir. Hətta biz bu gün qalib gəlsəydik belə, bütün yarşı qazana bilsəydik də, bu, gerçəyi dəyişməzdi: Avropa komandaları ən yüksək səviyyədədirlər. Bizim klublarımızda çoxlu braziliyalılar var, amma avopalılar onların ən yaxşılarına malikdirlər. Onlar daha güclü oyunçulara malikdirlər, bu əsasdır”, deyə Filipe Luis vurğulayıb.

Beləliklə, Braziliya nəhəngi “Flamenqo” klublararası dünya çempionatı ilə vidalaşıb. Almaniya nəhəngi “Bayern” isə yarışın 1/4 final mərhələsinə adlayıb və bu mərhələdə Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.

Seçilən
29
7
arena.az

6Mənbələr