AZ

Abel Ferreyra: “Botafoqo” üzərində qələbəni haqq etdik”

“Palmeyras”ın baş məşqçisi Abel Ferreyra 2025-ci il FIFA Klub Dünya Kubokunun “Botafoqo” ilə 1/8 final oyununda qələbəni (1:0) şərh edib.

Arena.az məlumat verir ki, Braziliyanın iki nəhənginin “kəllə-kəlləyə” gəldiyi oyunda qalib ələvə vaxtda müəyyənləşib.

Abel Ferreyra matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Heç vaxt təslim olmayın, heç vaxt güzəştə getməyin. Biz bunun üzərində daima çalışırıq. Mən oyunçularıma deyirdim ki, biz məşqlərdəki kimi oynasaq, əlbəttə, oyunumuz ötən oyunda olduğundan daha yaxşı olacaq. Mən oyunçularıma bütün səylərinə görə minnətdarlığımı bildirmək istərdiim. Biz möhtəşəm oyun göstərdik. Mən düşünürəm ki, bütün 90 dəqiqəni üstəgəl əlavə vaxtı biz çox yaxşı oynadıq. Bizə əzab-əziyyət çəkmək lazım gəldikdə, bunu birlikdə yaşadıq, hətta bir oyunçu azlıqda qaldıqda belə. Biz bunu haqq etdik, çünki çox işləyirik. İndi biz buradayıq və xəyalımız uğrunda sonra qədər mübarizə aparacağıq. Odur ki, elə, həmin ruhda da davam edirik”, – FIFA-nın rəsmi saytı 46 yaşlı portuqal mütəxəssisdən sitat gətirir.

1/4 finala vəsiqə qazanmış “Palmeyras” bu mərhələdə İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Seçilən
50
7
arena.az

6Mənbələr