AZ

Acapaxyan həbs edildi

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə iki aylıq müddətə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan jurnalistlərə açıqlama verib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Ermənistanda hakimiyyətin devrilməsinə açıq çağırışlarda ittiham olunan Acapaxyan dünən saxlanılmışdı.

Seçilən
17
50
publika.az

10Mənbələr