Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapaxyan Ermənistanın İstintaq Komitəsinin Yerevanda yerləşən binasına gəlib.
Referans xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Artıq onun saxlanılması ilə bağlı qərar verilib.
Arxiyepiskop buraya səhər saatlarında hüquq-mühafizə orqanlarının onu saxlamağa cəhd etdiyi Eçmiəzdin şəhərindən gəlib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri onu birbaşa İstintaq Komitəsinin binasına aparıblar. Bina ətrafındakı küçələr və yaxınlıqdakı həyətlər polis tərəfindən mühasirəyə alınıb. Binanın qarşısında arxiyepiskopa dəstək verən şəxslər də toplaşıblar.
Bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Eçmiədzin kafedralında baş verənlərlə bağlı açıqlama verib. O, Erməni apostol kilsəsini (katolikos II Qaregin və komandasından) azad edəcəklərini bildirib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılan araşdırma zamanıarxiyepiskop Mikayel Ajapaxyana qarşı cinayət işinin başlanması barədə qərar qəbul edilmişdi.
(Teleqraf)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta