AZ

Ayaz, Akif və Məzahir Səfərovlar 22 günlük həbs edildi Yenilənir

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Yekaterinburq məhkəməsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi davam edir.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, artıq 3 nəfərin məhkəmə prosesi keçirilib.

Belə ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və Ayaz Səfərov, Akif Səfərov və Məzahir Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

Onlar barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

Yekaterinburq məhkəməsi daha üç azərbaycanlı barədə həbs qətimkan tədbirinin seçilməsinə baxacaq. Artıq təqsirləndirilən Şahid Lalayev məhkəmə zalına gətirilib. Günün sonuna kimi məhkəmə Bakir Səfərov və Əhliman Gənciyevin barəsinə həbs qətimkan tədbirinin seçilib-seçilməməsi barədə qərar verəcək.***10:20

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilin iyunun 27-də zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

Yekaterinburqun Leninski Məhkəməsində keçirilən prosesdə bir neçə qətldə və adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanılan azərbaycanlılar barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi müəyyən ediləcək.

İttiham tərəfi prosesin qapalı keçirilməsini xahiş edib. Məhkəmə ittiham tərəfinin xahişini təmin edib, jurnalistlər zaldan çıxarılıblar.

Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Regional İdarəsinin açıqladığı məlumata görə, azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
20
yeniavaz.com

10Mənbələr