AZ

“Atletik” Niko Uilyamsın muralının bərpası üçün işə başladı

“Atletik” klubu hücumçu Niko Uilyamsın muralında fanatlar tərəfindən əlavə edilən yazıların silinməsi və muralın bərpası üçün tədbirlərə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klubun açıqlamasında fanatların bu hərəkətinin qəbuledilməz olduğu vurğulanıb və yerli rəssamla əməkdaşlıq çərçivəsində muralın yenidən bərpa ediləcəyi bildirilib.

Bu addım futbolçunun “Barselona”ya keçəcəyi xəbərlərinin yayılmasından sonra azarkeşlərin reaksiyasından sonra atılıb.

Qeyd edək ki, “Barselona”nın Niko Uilyams üçün 58-62 milyon avro arasında təklif etdiyi, “Atletik”in isə bu transferə qarşı çıxdığı barədə məlumatlar yayılmışdı.

Seçilən
49
26
90deqiqe.az

10Mənbələr