AZ

“Neftçi”nin yeni transferi: “Məqsədim irəliyə getməkdir”

“Neftçi”nin yeni transferi Luis Ortis klubun mətbuat xidmətinə açıqlama verib.

Msport.az xəbər verir ki, o, klubdakı hədəfləri barədə danışıb:

“Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır”.

25 yaşlı vinger “Futbolçu kimi 3 əsas xüsusiyyətin hansılardır?” sualını belə cavablandırıb: “Düşünürəm ki, top qəbulu, zərbə və sürətdir”.

Ləqəbinin Luço olduğunu bildirən paraqvaylı hobbisi və kumirindən də söz açıb: “Futboldan savayı, idman yarışlarını və basketbolu sevirəm. Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım”.

Qeyd edək ki, Paraqvayın “Sportivo Ameliano” klubundan icarəyə götürülən Luis Ortis bu gün “Neftçi” ilə 1 illik müqavilə imzalayıb.

Seçilən
5
6
msport.az

7Mənbələr