AZ

''Real''ın sabiq ulduzu bu klubu satın almaq istəyir

Futbolçuların klublara sərmayə yatırmasına son dönəmlərdə tez-tez rast gəlinir. Bu dəfə Qaret Beyl belə bir xəbərlə gündəmə gəlib.

Uels yığması və ''Real''ın sabiq ulduzu bir neçə investor ilə birlikdə öz məmləkətinin klubu olan ''Kardiff Siti''ni almağa hazırlaşır. Uels futbolunun yetişdirdiyi ən önəmli simalardan olan Beyl bu mövzuda verdiyi açıqlamada bunları deyib:
''Kardiff Siti''ni satın almaq məsələsi ilə ciddi şəkildə maraqlanırıq. Ora mənim evim və böyüdüyüm yerdi. Bir qrup iş adamı ilə birlikdə bu layihəni həyata keçirsək, ən böyük arzumu reallaşdırmış olacam''.

Bu klub bilindiyi kimi Uelsi təmsil etsə də, uzun illərdi, İngiltərə futbolunda çıxış edir. 1927-ci ildə İngiltərə kubokunu qazanmış Kardiff təmsilçisi İngiltərədən olmayıb bu titula sahib çıxan tarixdə yeganə klubdu. Premyer-liqada cəmi iki mövsüm (2013/14, 2018/19) keçirən ''Kardiff Siti'' hazırda heç də yaxşı günlərini yaşamır. Bu klub çempionşipi sonuncu pillədə tamamladı və yeni mövsümü 1-ci liqada, yəni 3-cü divizionda keçirəcək.

Bir müddət öncə Beylin ''Plimut''u almaq istəyən bir konsorsiumda yer alacağı iddia edilmişdi. Ancaq göründüyü kimi bu iddia həqiqətə uyğun deyilmiş.

Beyl yalnız ''Kardiff Siti''ni almağa maraq göstərir. Qeyd edək ki, 35 yaşlı Beyl məhz Kardiffdə doğulub və futbolda ilk addımlarını (10 yaşına qədər olan dönəmi) ''Kardiff Siti''nin akademiyasında atıb.
Seçilən
42
9
football-plus.az

10Mənbələr