AZ

Beyl futbola geri qayıdır bu dəfə klub sahibi kimi!

ain.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Uels millisinin sabiq futbolçusu Qaret Beyl doğma şəhərini təmsil edən “Kardiff Siti” klubunun səhmlərini almaq niyyətindədir.

Apasport.az xəbər verir ki, Beyl özü bu marağını təsdiqləyərək klubun səhmlərinə yiyələnmək istədiyini bildirib.

Karyerası ərzində “Tottenhem” və Madrid “Real”ı kimi nəhəng klublarda çıxış etmiş ulduz futbolçu “Kardiff Siti”ni İngiltərə Premyer Liqasına yüksəltməyi hədəflədiyini də vurğulayıb.

Onun sözlərinə görə, bu il Çempionşipdən I Liqaya düşən komanda yenidən layiq olduğu çempionatda – Premyer Liqada mübarizə aparmalıdır.

Qeyd edək ki, “Kardiff Siti” son dəfə 2018/2019 mövsümündə Premyer Liqada oynayıb, həmin mövsümün sonunda isə elitadan ayrılıb.

“Roma”dan “İnter”ə - RƏSMİ

“Sabah”ın rəqibindən növbəti transfer

“Qalatasaray” “Tottenhem”in forvardı ilə maraqlanır

UĞURLU, YOXSA UĞURSUZ? - 100 milyon avronu keçən transferlər

Neymarın taleyinə AYDINLIQ GƏLDİ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
9
apasport.az

9Mənbələr