AZ

Beyl bu klubu almaqda israrlıdır

"Real", "Tottenhem" və Uels millisinin sabiq futbolçusu Qaret Beyl doğma klubu "Kardiff Siti"ni almaq üçün ikinci cəhdini edib.

Publika.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

35 yaşlı keçmiş futbolçu Uels təmsilçisini almaq üçün 40 milyon funt sterlinq ayırmağa hazırdır.

"Biz "Kardiff"in alınmasında maraqlıyıq. Bu, mənim doğma şəhərimin klubudur. Burada böyümüşəm və dayım (Kris Payk – red.) da bu komandada çıxış edib", – deyə Beyl bildirib.

Hazırda klubun sahibi olan Vinsent Tan "Kardiff"in Çempionşipdən Liqa 1-ə (İngiltərənin üçüncü liqası) düşməsindən sonra komandanı satmağa hazırdır. Tan ilk təklifi rədd etsə də, Qaret Beyl hələ də doğma komandasını almaq və onu Premyer Liqaya qaytarmaq arzusundadır.

Seçilən
0
9
publika.az

9Mənbələr