AZ

Ağstafada "Zəfərin Ruhu" adlı səyyar rəsm və foto sərgisinin açılışı oldu - FOTOLAR

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində xalqımızın zəfər ruhunu, qəhrəman əsgərlərimizin şücaətini və Qarabağımızın gözəlliyini əks etdirən "Zəfərin Ruhu" adlı səyyar rəsm və foto sərgisinin açılışı keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Respubilikasının Mədəniyyət nazirinin müavini  Murad Hüseynov, nazirliyin əməkdaşları, məsul şəxslər  və İctimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək, 26 İyunun hər bir azərbaycanlı üçün təkcə bir təqvim bayramı deyil, həm də qəhrəmanlığın, cəsarətin və vətən sevgisinin təcəssümü olduğunu, Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşması və inkişafında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətlərinin, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və sarsılmaz əzmi sayəsində ordumuzun regionun ən güclü ordularından birinə çevrilidiyini bildirib. Sonda iştirakçılar tərəfindən sərgiyə baxış olub.

"Zəfərin Ruhu" adlı səyyar rəsm və foto sərgisi  Ağstafa şəhər Heydər Əliyev Mərkəzində 09 iyul 2025-ci il tarixinədək davam etdiriləcək.

Seçilən
34
50
unikal.az

10Mənbələr