Kəlbəcərdə minik maşını aşıb, yaralananlar var.
"Unikal"ın məlumatına görə hadisə rayonun Qozlu körpü deyilən ərazisində baş verib. İdarəetmədən çıxan "Lexus" markalı avtomobilin aşması nəticəsində ilkin məlumata görə, 4 nəfər yaralanıb.
Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov