AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının  keçirdikləri tədbirlər zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü Vüqar Zöhrabov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib. 

DİN-dən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.

Nəticədə V.Zöhrabovun marixuana istifadə etdiyi müəyyənləşib. 

Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə V.Zöhrabovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

Seçilən
18
50
unikal.az

10Mənbələr