AZ

Tramp İrana vurulan zərbələri Xirosima və Naqasakinin bombalanması ilə müqayisə etdi

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbələri İkinci Dünya Müharibəsi zamanı Xirosima və Naqasakinin bombardmanları ilə müqayisə edib.

 

Məlumatı "Financial Times" yayıb.

 

O, ABŞ ordusunun hərəkətlərinin İsrail və İran arasında müharibənin sona çatmasına kömək etdiyini bir daha vurğulayıb.

 

"Mən Xirosimanı nümunə gətirmək istəmirəm, Naqasakini nümunə gətirmək istəmirəm, amma mahiyyət etibarilə bu, eyni şeydir - bu, müharibəyə son qoydu", - deyə Tramp NATO-nun Haaqa sammitində bildirib.

 

Vurğulayıb ki, ABŞ-ın zərbələri nəticəsində İranın nüvə obyektləri tamamilə məhv edilib.

 

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-nə keçən gecə İranın Natanz, Fordo və İsfahandakı əsas nüvə obyektlərini bombalayıb. 

 

Xatırladaq ki, ABŞ 1945-ci il avqustun 6-da və 9-da Xirosima və Naqasakiyə iki atom bombası atıb. İki partlayış bir anda 80 min insanın ölümünə səbəb olub. Faciənin qurbanlarının ümumi sayı 450 min nəfərdən çoxdur və sağ qalanlar hələ də radiasiyanın təsirindən yaranan xəstəliklərdən əziyyət çəkirlər.

Seçilən
41
19
senzor.az

10Mənbələr