AZ

ABŞ İranın nüvə proqramını məhv edə bilmədi -

ABŞ-nin İranın üç nüvə obyektinə endirdiyi hava zərbələri İranın nüvə proqramının əsas strukturunu məhv etməyib. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının hesabatında deyilir. Kəşfiyyat məlumatlarını CNN-ə məsələdən məlumatlı olan mənbə ötürüb. Pentaqonun Müdafiə Kəşfiyyat Agentliyinin hesabatına görə, ABŞ İranın nüvə strukturunu məhv edə bilməsə də, onun fəaliyyətini ləngidib. Mənbələr İranın zənginləşdirilmiş uran ehtiyatının məhv edilmədiyini və sentrifuqaların əsasən sağlam olduğunu bildirib.

Hesabatda həmçinin bildirilib ki, İran zənginləşdirilmiş uran ehtiyatının böyük hissəsini ABŞ-nin hücumlarından əvvəl daha təhlükəsiz gizli nüvə obyektlərinə köçürmüş ola bilər.

Seçilən
13
13
metbuat.az

10Mənbələr