AZ

Ağır yaralanan SEPAH generalı öldü

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Qərargahının rəisi, general Əli Şadmaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.

Qeyd olunur ki, Şadmani ötən həftə İsrailin endirdiyi zərbə nəticəsində ağır yaralar aldıqdan sonra dünyasını dəyişib.

İyunun 17-də İsrail ordusunun mətbuat xidməti xəbər verib ki, Şadmani gecə İrana endirilən zərbələr zamanı məhv edilib.

Seçilən
30
50
moderator.az

10Mənbələr