AZ

Tramp administrasiyası İranın cavab zərbəsinə hazırlaşır

BAKI, TurkicWorld

İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, bu gün səhər saatlarında İsrailə edilən raket hücumunun hədəfləri Ben Qurion Hava Limanı, bioloji tədqiqat mərkəzi, eləcə də müxtəlif səviyyəli komanda və idarəetmə mərkəzləri olub.

TurkicWorld xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, sözügedən hücum “Həqiqi Vəd – 3” əməliyyatı çərçivəsində həyata keçirilmiş 20-ci raket zərbəsi olub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Seçilən
19
8
turkic.world

10Mənbələr