AZ

İran ölkənin hava məkanının açılması ilə bağlı xəbərləri təkzib edib

İran hələ öz hava məkanını açmayıb və müvafiq idarə hələlik belə bir qərar verməyib.

Qaziler.az bildirir ki,  bu barədə iyunun 24-də İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsinə istinadən YJC agentliyi məlumat yayıb.

"Hava məkanı hələ açılmayıb və Yollar və Şəhərsalma Nazirliyi bu məsələ ilə bağlı qərar qəbul etməyib", - məlumatda deyilir.

Günün əvvəlində "Tasnim" agentliyi İranın bütün daxili və beynəlxalq uçuşların dayandırılmasını 25 iyun, saat 14:00-a qədər uzatdığını bildirib.

Daha sonra "Flightradar24" xəbər verib ki, İranın hava məkanı beynəlxalq uçuşlar üçün qismən açılıb.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr