İran hələ öz hava məkanını açmayıb və müvafiq idarə hələlik belə bir qərar verməyib.
Qaziler.az bildirir ki, bu barədə iyunun 24-də İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsinə istinadən YJC agentliyi məlumat yayıb.
"Hava məkanı hələ açılmayıb və Yollar və Şəhərsalma Nazirliyi bu məsələ ilə bağlı qərar qəbul etməyib", - məlumatda deyilir.
Günün əvvəlində "Tasnim" agentliyi İranın bütün daxili və beynəlxalq uçuşların dayandırılmasını 25 iyun, saat 14:00-a qədər uzatdığını bildirib.
Daha sonra "Flightradar24" xəbər verib ki, İranın hava məkanı beynəlxalq uçuşlar üçün qismən açılıb.
QAZİLER.AZ