AZ

“Qalatasaray” braziliyalı hücumçunu istəyir

ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

 “Qalatasaray” “Tottenhem”in hücumçusu Riçarlisonu transfer etməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə,  London klubu 28 yaşlı braziliyalını satmağa və ya icarəyə verməyə hazırdır. Klub onun tez-tez zədələnməsindən narazıdır.

2024/25 mövsümündə Riçarlison “Tottenhem”in heyətində bütün yarışlarda 24 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

“Transfermarkt” futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
4
idmanxeber.az

6Mənbələr