ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
“Qalatasaray” “Tottenhem”in hücumçusu Riçarlisonu transfer etməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 28 yaşlı braziliyalını satmağa və ya icarəyə verməyə hazırdır. Klub onun tez-tez zədələnməsindən narazıdır.
2024/25 mövsümündə Riçarlison “Tottenhem”in heyətində bütün yarışlarda 24 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
“Transfermarkt” futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.