AZ

Cey Di Vens: ABŞ-ın zərbələrindən sonra İran nüvə silahı hazırlaya bilməz

Bakı, 24 iyun, AZƏRTAC

ABŞ-ın İrana zərbələri nüvə silahı hazırlamaq üçün lazım olan infrastrukturu məhv edib.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“İran indi malik olduğu avadanlıqla nüvə silahı istehsal etmək iqtidarında deyil, çünki biz onu məhv etmişik”, - deyə vitse-prezident bildirib. Onun sözlərinə görə, Tehran nüvə silahı yaratmağa yaxın idi.

İyunun 22-nə keçən gecə ABŞ İrana zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp hücumlar nəticəsində “Natanz”, “Fordo” və İsfahandakı nüvə obyektlərinin tamamilə məhv edildiyini açıqlayıb.

 

Seçilən
7
1
azertag.az

3Mənbələr