Bakı, 24 iyun, AZƏRTAC
ABŞ-ın İrana zərbələri nüvə silahı hazırlamaq üçün lazım olan infrastrukturu məhv edib.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bunu “Fox News” telekanalına müsahibəsində deyib.
“İran indi malik olduğu avadanlıqla nüvə silahı istehsal etmək iqtidarında deyil, çünki biz onu məhv etmişik”, - deyə vitse-prezident bildirib. Onun sözlərinə görə, Tehran nüvə silahı yaratmağa yaxın idi.
İyunun 22-nə keçən gecə ABŞ İrana zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp hücumlar nəticəsində “Natanz”, “Fordo” və İsfahandakı nüvə obyektlərinin tamamilə məhv edildiyini açıqlayıb.