AZ

ABŞ-ın İrana hücumları Brüssel-Vaşinqton təhdid edir

ABŞ-ın İrana hücumu NATO-nun Haaqa sammitində Ukrayna məsələsini arxa plana keçirib.

Editor.az bu barədə Washington Post-a istinadla yazır.

Bildirilib ki, Şimali Atlantika Alyansı ölkələrinin nümayəndələri əvvəllər Aİ ölkələri ilə Vaşinqton arasında mövcud olan fikir ayrılıqlarını aradan qaldırmaq və ABŞ prezidenti Donald Trampın tələbi ilə ölkələrin illik hərbi xərclərini ÜDM-in 5 faizinə çatdırmaq barədə razılığa gəlmək üçün aylardır intensiv işləyirlər.

“Bundan sonra NATO sammiti bütünlüklə Avropanın ən güclü müttəfiqinin Avro-Atlantik regiondan kənarda artan münaqişəyə müdaxiləsinə həsr olunacaq”,- məqalədə deyilir.

Sammitdə müttəfiqlərin eskalasiyanın qarşısını almaq üçün ABŞ-ı İranla münaqişədən kənarda saxlamağa çalışacaqları, eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskinin taleyi və rolu kimi mübahisəli məsələləri gündəmə gətirməmələri gözlənilir.

NATO-nun baş katibi Mark Rutte daha əvvəl əmin edib ki, Şimali Atlantika Alyansının qarşıdan gələn sammiti Ukraynanın üzvlüyünün dönməzliyi ilə bağlı mövqeyə heç bir şəkildə təsir etməyəcək.

Qeyd edək ki, iyunun 24-25-də Haaqada NATO-nun sammiti keçiriləcək.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
24
30
editor.az

10Mənbələr