Ukrayna Prezidenti ABŞ-lı həmkarı ilə telefon danışığında Ukraynaya göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib və müharibə ilə bağlı vəziyyəti müzakirə edib.
APA xəbər verir ki, Volodimir Zelenski bununla əlaqədar özünün “X” hesabında paylaşım edib
“Biz Amerika ilə çox şeyə nazil olmuşuq və sülhün bərqərar edilməsi üçün göstərilən bütün səyləri dəstəkləyirik. Mən bu gün ABŞ prezidenti ilə mövcud vəziyyəti müzakirə etdim. O cümlədən, hərbi əməkdaşlığımızdakı fürsətlərə diqqət çəkdik və Ukraynanın hava sahəsinin qorunmasını gücləndirmək barədə razılığa gəldik. Ukrayna Amerika ilə müştərək layihələrə hazırdır”- Zelenski paylaşımında qeyd edib.
***
17:48
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
APA xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.