AZ

Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar

Ukrayna

İyulun 4-də Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, prezidentlərin söhbəti Amerikanın Ukraynaya bəzi əsas hərbi yardım növlərinin tədarükündəki fasilə fonunda baş tutub.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, prezidentlər arasında çox vacib və mənalı söhbət olub və təfərrüatlar tezliklə məlum olacaq.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası ABŞ-nın Ukraynaya müəyyən silah növlərinin tədarükünü dayandırdığı barədə məlumat yayıb. Ağ ev tezliklə bu məlumatı təsdiqləyib.

E. KAMAL
Seçilən
17
46
reyting.az

10Mənbələr