“Sabah” FK müdafiəçi Rəhman Daşdəmirovla yeni müqavilə bağlayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2 ildir.
Azərbaycan millisinin də üzvü olan Rəhman 2023-cü ildən Masazır təmsilçisinin uğurları üçün çalışır.