“Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir.


Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan R.Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.