Bakı, 23 iyun, AZƏRTAC
“Sabah” müdafiəçisi Rəhman Daşdəmirovla yeni müqavilə bağlayıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 25 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2 ildir.
Azərbaycan millisinin də üzvü olan Rəhman 2023-cü ildən Bakı təmsilçisinin uğurları üçün çalışır.