AZ

Həbib Nurməhəmmədov: “Azərbaycandakı günlər heyrətamiz idi”

Tanınmış rusiyalı MMA ulduzu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, o, Bakıda keçirilən UFC turnirindəki günlərdən razılıq edib.

36 yaşlı sabiq çempion ölkəmizdə keçirdiyi görüşlərdən fotolar paylaşaraq, minnətdarlığını bildirib: "Azərbaycan, çox sağ ol, bu günlər heyrətamiz idi".

Qeyd edək ki, UFC-nin Bakıda başa çatan turnirində Nurməhəmmədovun məşqçisi olduğu Taqir Ulanbekov qələbə qazanıb. O, qazaxıstanlı Maksum Azatı (Qazaxıstan) məğlub edib.

İdman.biz

Seçilən
6
10
idman.biz

10Mənbələr