AZ

“Azərbaycandakı günlər heyrətamiz idi” - Həbib Nurməhəmmədov

Tanınmış rusiyalı MMA ulduzu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, o, Bakıda keçirilən UFC turnirindəki günlərdən razılıq edib.

36 yaşlı sabiq çempion ölkəmizdə keçirdiyi görüşlərdən fotolar paylaşaraq, minnətdarlığını bildirib:
"Azərbaycan, çox sağ ol, bu günlər heyrətamiz idi".

Qeyd edək ki, UFC-nin Bakıda başa çatan turnirində Nurməhəmmədovun məşqçisi olduğu Taqir Ulanbekov qələbə qazanıb. O, qazaxıstanlı Maksum Azatı (Qazaxıstan) məğlub edib.
Seçilən
4
10
football-plus.az

10Mənbələr